Hümeyrə Mustafayeva

Hümeyrə Mustafayeva

Ссылка Avesis
 UNEC-in I tədris korpusu
(+994) 012-492-57-31
mkmerkezi@unec.edu.az

Mustafayeva Hümeyrə Teymur qızı 3 mart 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1988-ci il Bakı şəhəri 9 №-li orta məktəbi qızıl medalla bitirmişdir.
1993-cü ildə Bakı Dövlət Universitetinin tarix fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Distant və əlavə təhsil mərkəzinin Maliyyə-kredit  ixtisasını bitirmişdir.

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun “Qloballaşma və sosial ekologiyanın ekoloji problemləri” şöbəsinin dissertantı olmuşdur.
2010-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.
2011-ci ildən fəlsəfə üzrə fəlsəfə doktorudur və dosent  elmi adını almışdır.

1994-cü ildə İqtisad Universitetinin «Politologiya və hüquq» kafedrasında laborant;
1995-ci ildə «Politologiya və hüquq» kafedrasında  böyük laborant vəzifələrinə təyin olunmuşdur.

1996-cı ildən «Politologiya» kafedrasında müəllim vəzifəsində çalışıb.
2007-ci ildə «Politologiya» kafedrasında baş müəllim, 2011-ci ildən dosent vəzifəsində  çalışıb.
Hazırda UNEC-in “Humanitar fənlər” kafedrasının dosentidir.

Elmi əsərlərinin siyahısı (hiperlinkli)
40-a yaxın elmi-metodiki əsərin müəllifidir.
Ailəlidir, iki övladı var.