Elman  İbişov  İbiş

Elman İbişov İbiş

İAETİ-də böyük elmi işçisi

Ссылка Avesis
Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6 (I Tədris binası)
+(994) 12 492-72-11 ; +(994) 12 492-59-03 (11-58) ; +(994) 12 492-32-86
elman_Ibishov @unec.edu.az
1963-cu il noyabr ayının 7-də Azərbaycan Respublikasının Ağsu rayonun Gəgəli kəndində anadan olub.
1971-1981-ci illərdə orta məktəbdə təhsil alıb. Müxtəlif illərdə kimya üzrə Respublika olimpiadasının iştirakçısı və mükafatçısı olub.

1982-1984-cü illərdə Almaniyanın Vurtsen şəhərində hərbi xidmətdə olub.
1988-ci ildə Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun Qeyri-ərzaq malları əmtəəşünaslığı və ticarətin təşkili fakultəsini fərqlənmə diplomu ilə bitirib.
1990-1992-ci illərdə Sankt-Peterburq Maliyyə və İqtisad Universitetinin əyani aspiranturasında oxuyub.
1992-ci ildə „Müəssisələrdə Marketinqin tədqiq edilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alıb.
2002-ci ildən “Milli bazarın qloballaşması prosesində kompleks marketinq tədqiqatlarının təşkili problemləri” mövzusunda doktorluq dissertasiyası üzrə elmi tədqiqatlar aparır.
1988-ci ilin oktyabr ayından 1990-cı ilin dekabr ayına kimi Azərbaycan Dövlət İqtisad İnstitutunun «Ticarətin təşkili və texnikası» kafedrasında laborant vəzifəsində əmək fıaliyyətinə başlamışdır.
1990-1992-cı illərdə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetinin aspiranturasında əyani təhsil almışdır.
1993-cü ildən müsabiqə yolu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin «Marketinq və ticarət» kafedrasına laboratoriya müdiri, müəllim, baş müəllim, dosent vəzifələrinə seçilmişdir.
4 sentyabr 2013-cü ildən, bu günə kimi UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun “Qeyri-neft sektorunun inkişafı” şobəsinin böyük elmi işçisi və eləcə də, «Biznesin idarə edilməsi» kafedrasının 0,5 ştat, əvəzçiliklə dosenti vəzifəsində çalışır. 

3 fənn proqramının, 1 dərsliyin, 25-ə yaxın elmi məqalənin müəllifidir.