Əhliman  Xəlilov  Sərdar

Əhliman Xəlilov Sərdar

UNEC Həmkarlar İttifaqı Komitəsinin baş mühasibi

Ссылка Avesis
Bakı şəhəri, İstiqlaliyyət 6 (I Tədris binası)
012 492 78 83
Xəlilov Əhliman Sərdar oğlu 18 yanvar 1997-ci ildə Salyan rayonunda anadan olmuşdur.
2014-cü ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olunmuş və 2018-ci ildə bakalavr pilləsini bitirmişdir.
Həmin ildə eyni ixtisas üzrə, “Xidmət sferasında mühasibat uçotu və audit” istiqamətində magistratura təhsilinə qəbul olunmuşdur.
2018–2019-cu illərdə hərbi xidmətdə olmuş, 2021-ci ildə magistratura təhsilini uğurla başa vurmuşdur.
Tələbəlik illərində fəal ictimai fəaliyyət göstərmiş, Azərbaycan Dövlət İqtisad Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsində fakültə sədri vəzifəsini icra etmişdir.
Əmək fəaliyyətinə 7 yanvar 2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Təminat Departamentində mühasib kimi başlamış, 12 aprel 2022-ci ilədək həmin vəzifədə çalışmışdır.
13 aprel 2022-ci ildən 13 mart 2024-cü ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Maliyyə-İqtisad Kollecində baş mühasib vəzifəsini icra etmişdir.
14 mart 2024-cü ildən 22 avqust 2024-cü ilədək Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Maliyyə və Təsərrüfat şöbəsinin müdiri – baş mühasib vəzifəsində çalışmışdır.
12 avqust 2025-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti Həmkarlar İttifaqı Komitəsində baş mühasib vəzifəsində fəaliyyətini davam etdirir.