Aliya  Hacıqayıbova   Şair

Aliya Hacıqayıbova Şair

“Tətbiqi iqtisadiyyat" kafedrasının müəllimi

Ссылка Avesis
 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-37-10
+(994) 12 564-67-98
aliyaalxasova@gmail.com

Hacıqayıbova Aliyə Şair qızı 02.05.1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2002-ci ildə Bakı şəhəri, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya məktəbini bitirmişdir.

2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin bakalavr pilləsini bitirmişdir.

2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2009–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsinin doktorantı olmuşdur.
Aliyə Hacıqayıbova “Qloballaşma şəraitində ölkənin milli təhlükəsizliyinin təminatı problemləri” mövzusunda namizədlik dissertasiyası üzərində çalışır.

2003–2004-cü illərdə Rabitəbank ASC-nin Bank əməliyyatları şöbəsində təcrübə keçmiş,
2004–2005-ci illərdə Kapital Bankın Mühasibatlıq şöbəsində təcrübə keçmişdir.
2006–2008-ci illərdə Unibank ASC-nin Plastik kartlar şöbəsində mütəxəssis vəzifəsində işləmişdir.
2008–2010-cu illərdə Azərnəqliyyat Bank ASC-nin Valyuta şöbəsində xarici valyuta üzrə mütəxəssis vəzifəsində çalışmışdır.

2013–2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” kafedrasında saat hesabı müəllim vəzifəsində çalışmış,
2015–2017-ci illərdə “Beynəlxalq iqtisadiyyat” kafedrasında tam ştat müəllim vəzifəsində fəaliyyət göstərmişdir.

2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbində “İqtisadiyyat” kafedrasında 0,5 ştat müəllim vəzifəsində fəaliyyət göstərmişdir.
UNEC-in Elmi Şurasının 16.09.2022-ci il tarixli EŞ №184 qərarına və Universitetin 29.09.2022-ci il tarixli №811/3/2022 əmrinə əsasən kafedranın adı dəyişdirilərək “Tətbiqi iqtisadiyyat” kafedrası olmuşdur.
Hal-hazırda həmin kafedrada müəllim kimi fəaliyyətini davam etdirməkdədir.

15.09.2025-ci il tarixdən “Tətbiqi İqtisadiyyat” kafedrasında tam ştat müəllim vəzifəsinə keçirilmişdir.

 Milli iqtisadi təhlükəsizliyin aktual problemlərinə dair 9 elmi əsərin, 7 məqalənin və 2 tezisin müəllifidir.

Ailəlidir, üç övladı var.