Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi

Eldar   Azadov

Eldar Azadov

Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi direktoru, dosent

Mərkəz universitetdə beynəlxalq standartlara cavab verən yüksək səviyyəli iqtisadçı kadrların hazırlanması üçün tədris-metodiki işlərin təşkilini, tədris planlaşdırılmasını, proqramlaını, idarə olunmasını və onlara nəzarəti həyata keçirir. 

UNEC Elmi Şurasının 24.09.2021-ci il qərarına əsasən 23.11.2021-ci il tarixində “Tədrisin Keyliyyətinin Qiymətləndirilməsi və idaraedilməsi Mərkəzi” və “Tədris-metodiki mərkəz” birləşdirilərək “Tədrisin metodiki və keyfiyyət təminatı mərkəzi” yaradılmışdır. Mərkəzin fəaliyyətində məqsəd – tədris prosesini təşkilati baxımdan təmin etməkdən və universitetdə peşəkar kadr hazırlığının

həyata keçirildiyi ixtisas və ixtisaslaşmalar üzrə proqramların tələbələr tərəfindən mənimsənilməsinə şərait yaratmaqdan ibarətdir. Mərkəzin işi onun illik fəaliyyət planı əsasında həyata keçirilir. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən UNEC-in bütün fakultələri, kafedraları, struktur bölmələri, o cümlədən digər elm və təhsil qurumları ilə əlaqəli fəaliyyət göstərir.

Mərkəzin funksiyalarına aiddir: Tədris prosesinin dövlət təhsil standartlarına uyğun təşkili və idarə olunmasına nəzarət; Tədris prosesinin qrafikinin tərtibi və onun icrasına nəzarət; Tədrisin təşkilində fakültə və kafedraların işinin əlaqələndirilməsi; Tədris prosesini təmin etmək üçün universitet üzrə auditoriya fondunun uçotu və bölgüsü, dərs cədvəllərinin tərtibi və yerinə yetirilməsinə nəzarət və s.

Mərkəz eyni zamanda UNEC-də bakalvr və magistrantların biliyinin attestasiyasını və nəticələrlə əlaqədar apellyasiya prosesini təmin etməklə universitet rəhbərliyinə kollokvium və imtahanların keçirilməsi ilə bağlı mütəmadi məlumat və hesabatlar təqdim edir, semestr imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparır və tədrisin təkmilləşdirilməsi haqqında müvafiq strukturlara təkliflər verir.

Последние новости

Просмотреть все
15 декабря 2023
Mühəndislik fakültəsində maarifləndirici görüş keçirilib
30 ноября 2023
UNEC-də süni intellekt üzrə fənlər tədris olunurmu?
24 февраля 2022
UNEC-də tələbə məmnunluğunun artırılmasında növbəti addım

Связаться с нами

Ünvan: Bakı, İstiqlaliyyət küç. 6, Əsas tədris binası, I mərtəbə

Телефон

492-03-20; 18-46 (daxili: 1112) ; (994) 12 492-66-55

Электронная почта

tedris@unec.edu.az; eldar.azadov@unec.edu.az