Həftənin kitabı: “The Economics of Immiqration”

Kitabın ikinci nəşri oxucuları iqtisadiyyatın sürətlə inkişaf edən miqrasiya sahəsindən bəhs edir. Kitab oxucuları miqrasiya qərarının verilməsi, miqrasiyanın bazara və dövlət büdcəsinə təsirləri və miqrasiya siyasətlərinin qlobal kontekstdəki yaranan nəticələri ilə tanış edir. Kitabın əsas məqsədi oxuculara dünyanın müxtəlif yerlərində miqrasiya ilə əlaqəli əsas məsələlər barədə məlumatlı iqtisadi arqumentlər irəli sürmək bacarığı qazandırmaqdır.

Həmçinin, kitab bu mövzuda iqtisadi alətləri tətbiq edərək, miqrasiyanın bir ölkədə insanların yaşam səviyyəsini artırıb və ya azaldıb-azaltmadığı sualını cavablandırmağa çalışır. Burada miqrasiyanın vergi gəlirlərinə və dövlət xərclərinə təsiri, firmaların istehsal qərarlarına və gəlir bərabərsizliyinə təsiri miqrasiyanın bir sıra digər nəticələri araşdırılıb. Eləcə də, insanların köç etmək məqsədləri, səbəbləri, yaşamaq istədikləri, uyğun bildikləri ölkə seçimləri də təhlil edilib. Kitabda miqrasiyanın əhalinin asudə vaxtının keçirilməsində əyləncə sektorlarına,milli mətbəx, restoran və digər xidmət sektorlarına, maliyyə bazarlarının etnik müxtəlifliyinə necə təsir etməsinə də nəzər salılıb.

Oxucu-istifadəçilər “The Economics of Immiqration” kitabının 2021-ci ildə “Reutledge” Nəşriyyatında çapdan çıxan 2-ci nəşri ilə UNEC-in 24/7 Kitabxanasında yaxından tanış ola bilərlər.

Контакты