Zöhrab Paşayev

Zöhrab Paşayev

Avesis link

+(994) 12 492-59-13;
+(994) 12 492-40-04; 18-46 (1100)

Paşayev Zöhrab Şahin oğlu 24 fevral 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-cü ildə orta məktəbi bitirmişdir. Həmin il sentyabrnın 14-də Ümumilli liderimiz Heydər Əliyevin ali məktəblərə qəbul olmuş tələbələrlə keçirdiyi görüşdə çıxış etmişdir.

1999-cu ildə Azərbaycan Kooperasiya İnstitutunun bakalavr pilləsini Maliyyə kredit ixtisası üzrə bitirmişdir.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura fakültəsinin Maliyyə və kredit ixtisasına daxil olmuş;
2003-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.
2001-2003-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat institutunda laborant, iqtisadçı və ümumi şöbənin rəisi vəzifələrində işləmişdir.
2003-cü ildən İqtisad Universitetinin “Maliyyə” və “Bank işi” kafedralararası tədris-təcrübə laboratoriyasında laborant işləmişdir.
2005-ci ildən “Vergi və vergiqoyma” kafedrasında saat hesabı müəllim işləmişdir.
2003-2008-ci illərdə İqtisad Universitetinin dissertantı olmuşdur.
2011-ci ildən baş müəllim vəzifəsində çalışıb.
Hazırda UNEC-in “Maliyyə və audit” kafedrasının dosentidir.
15 elmi əsərin müəllifidir.
27.11.2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının T-393 № li qərarı ilə Fəxri Fərmanla təltif edilmişdir.
24 noyabr 2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin nəzdində yaradılmış FD.01.211 dissertasiya şurasında “Optimal büdcə vergi siyasətinin formalaşması problemləri” mövzusunda yazdığı dissertasiya işini müdafiə etmiş, 04.06.2013-cü ildə AR Prezidenti yanında Ali attestasiya komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür.
Bir sıra beynəlxalq elmi konfranslarda iştirak etmişdir.