Vaqif  Quliyev

Vaqif Quliyev

Avesis link

 I tədris binası
+(994) 12 492-59-13;
+(994) 12 492-40-04; 18-46 (1100)

Quliyev Vaqif Məhərrəm oğlu 10 noyabr 1950-ci ildə Gürcüstan Respublikası Bolinisi rayonunun Ayorta kəndində anadan olmuşdur.
1976-1979-cu illərdə Ümumittifaq Kənd Təsərrüfatının İqtisadiyyat İnstitutunda aspiranturada təhsil almış, 1981-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Universitetini) bitirmiş və həmin ildə təyinatla Azərbaycan SSR Dövlət Əmək Əmanət kassaları idarəsində inspektor-mühasib vəzifəsində işləmişdir.
1974-1987-ci illərdə Azərbaycan Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və Təşkili İnstitutunda kiçik və baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində işləmişdir.

1998-ci ildən İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasının dosenti olub.
2006-cı ildə Uçot-iqtisad fakültəsinin dekan müavini vəzifəsində işləyib.
2005-ci ildən Azərbaycan Respublikasının Mühasibat uçotu üzrə Məsləhət Şurasının üzvüdür.
Hazırda UNEC-in “Maliyyə və audit” kafedrasının dosentidir.
Dərslik, dərs vəsaiti, 100-ə qədər elmi-metodoloji və praktiki yönümli əsərlərin müəllifidir.
2017-ci ilin noyabrında UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafi strateji yol xəritələrinin əsas istiqamətləri konteksində” mövzusunda keçirilən elmi məqalə müsabiqəsində qalib olub.
Ailəlidir, iki övladı var.