Ülviyyə Rzayeva

Ülviyyə Rzayeva

Avesis link

Ünvan: Bakı, M.Muxtarov, 194 (III korpus)
Telefon: +(994) 12 492-59-03 (daxili: 13-25)

Rzayeva Ülviyyə Şahin qızı 13 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1995-ci ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsini riyaziyyatçı-proqramçı, riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir.
2007-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin  “İqtisadi informasiya sistemləri və texnologiyaları” kafedrasının laborantı vəzifəsində, 2008-ci ildən isə baş laborant vəzifəsində çalışmışdır.
2009-2013 tədris illərində saat hesabı ilə  dərs yükünü yerinə yetirmişdir.
2008-ci ildə AMEA-nın Kibernetika İnstitutunun dissertantura şöbəsinə qəbul edimişdir.
2013-cü  ildə namizədlik dissertasiya işini müdafiə edərək riyaziyyat elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır.
2013-cü tədris ilindən “İnformasiya iqtisadiyyatı və texnologiyaları”kafedrasının  müəllimi vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti vəzifəsinə keçirilib.

30 elmi və metodiki işin müəllifidir.

Elmi əsərlərin siyahısı (hiperlinklər daxil edilməklə)

Ailəlidir, iki övladı var.