Tünzalə  Qurbanova

Tünzalə Qurbanova

Avesis link

+(994) 12 492-59-13;
+(994) 12 492-40-04; 18-46 (1100)

Qurbanova Tünzalə Tofiq qızı 1978-ci il avqustun 2-də Zaqatala rayonu Sumaylı kəndində anadan olmuşdur.
1985-1995-ci illərdə Zaqatala rayonu Sumaylı kənd orta məktəbində təhsil almışdır.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini;

2001-ci ildə İqtisad Universitetinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirərək, Maliyyə-kredit ixtisasına yiyələnmişdir.
2001-ci ildə İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda  aspiranturaya daxil olmuşdur.
2007-ci ildə 08.00.01 – “İqtisadi nəzəriyyə” ixtisası üzrə iqtisad elmləri namizədi  alimlik dərəcəsi adını almışdır.
1999-cu ildə əmək fəaliyyətinə BBU-da laborant və 0,5 ştat müəllim vəzifəsi ilə başlamışdır.
2003-2007-ci illərdə həmin Universitetdə baş müəllim;

2007-2009-cu illərdə Bank of Azerbaycan ASC-də  hüquqi şəxslərə xidmət üzrə mütəxəssis; Azərbaycan Milli Elmlər Akademiyası  İqtisadiyyat İnstitutunun «Maliyyə, pul-kredit siyasəti» şöbəsində böyük elmi işçi vəzifələrində çalışmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim vəzifələrində işləyib.
Hazırda UNEC-in “Maliyyə və audit” kafedrasının dosentidir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
Maliyyə-büdcə problemlərinə dair 1 dərslik, 2 dərs vəsaiti, 8 metodik göstəriş və tədris proqramının, 17  elmi məqalənin  müəllifidir.

2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyətləri nəzərə alınaraq təşəkkür elan edilmişdir.
İki övladı var.