
Təhminə Əliyeva
+(994) 12 492-59-13;
+(994) 12 492-40-04; 18-46 (1100)
Əliyeva Təhminə Tahir qızı 2000-ci ildə Аzərbaycan Dövlət İqtisad İnstitutunun Мaliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2013-cü ildə Daxili fiskal siyasət və dövlət maliyyəsi ixtisasına uyğun olaraq müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad üzrə fəlsəfə doktoru diplomunu alaraq alimlik dərəcəsinə layiq görülüb.
2017-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmlər Doktoru hazırlığı üzrə dissertanturasına qəbul olub.
2018-i ildən Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adina layiq görülüb.
2002-ci ildən “Pul tədavülu və kredit” (indiki «Maliyyə və maliyyə institutları») kafedrasında müəllim vəzifəsində çalışır.
Bank işi, Bank uçotu, Pul, Banklar, Beynəlxalq valyuta kredit münasibətləri və xarici ölkələrin pul kredit sistemi, Qiymətli kağızlar və s. fənlər üzrə mühazirə və məşğələ dərslərini interaktiv qaydada tədris edir.
İşlədiyi müddət ərzində ixtisası üzrə əmək fəaliyyəti ilə məşğul olmuş, bankda iqtisadçı-mühasib, baş mühasib, auditor təşkilatında auditor vəzifələrində çalışmışdır.
Ailəlidir. Bir övladı var.
“Azərbaycanda Dövlət büdcəsi gəlirlərinin formalaşmasında potensial vergi mənbələrindən istifadənin beynəlxalq təcrübəsi” adlı monoqrafiyasının (2018) müəllifidir.