UNEC-də yeni əməkdaşlıq görüşü keçirilib

  • 19 November 2024
  • 56

UNEC ilə “İnnab Business School”un birgə əməkdaşlığa dair görüşü keçirilib.

“İnnab Business School”un direktoru Rauf Hacıyev və Korporativ satış nümayəndəsi Nərmin Sarıyeva UNEC-in Təcrübənin təşkili şöbəsinin qonağı olub. Görüşdə UNEC-in bakalavrları və magistrantları üçün faydalı ola biləcək təcrübə proqramları, təlim və tədbirlərlə bağlı müzakirələr aparılaraq, birgə əməkdaşlığa dair mümkün istiqamətlər müəyyənləşdirilib.