Təcrübənin təşkili şöbəsi
Tələbələrin ixtisas təcrübəsi müvafiq təhsil proqramının tərkib hissəsidir.Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil proqramı ilə müəyyənləşdirilir.
UNEC-də təcrübə üçün ayrılmış kreditlər nəzərə alınmaqla, aşağıdakı ixtisas qrupları üzrə əyani təhsilalma formasında təhsilin IV ili, qiyabi təhsilalma formasında isə təhsilin V ilinin yaz semestrində olmaqla respublikadaxili və respublikadankənar müəssisə və təşkilatlarda istehsalat təcrübəsi təşkil edilir:
1. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 6 olan – “İqtisadiyyat və idarəetmə” ixtisaslar qrupunun “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Menecment”, “Marketinq”, “Dövlət və bələdiyyə idrəetməsi”, “Biznesin idarə edilməsi” ixtisasları üzrə (6×30=180 akademik saat).
2. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 21 olan – “Texniki və texnoloji” ixtisaslar qrupunun “Materiallar mühəndisliyi”, “Qida mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Sənaye mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “Maşın mühəndisliyi”, “Kommunikasiya sistemləri mühəndisliyi” ixtisasları, “Mədəniyyət və incəsənət” ixtisasları qrupunun “Dizayn” ixtisası, “Təbiət elmləri” ixtisaslar qrupunun “Ekologiya” ixtisası üzrə (21×30=630 akademik saat);
3. İstehsalat təcrübəsi üçün ayrılmış kreditlərin sayı 30 olan – “Təbiət elmləri” ixtisaslar qrupunun “Kompüter elmləri” ixtisası, “Texniki və texnoloji” ixtisaslar qrupunun “İnformasiya Texnologiyaları”, “Kompüter mühəndisliyi” və “İnformasiya təhlükəsizliyi” ixtisasları, “Səhiyyə, rifah və xidmət” ixtisasları qrupundan “Sosial iş” ixtisası üzrə; “Humanitar və sosial ixtisaslar” qrupunun Beynəlxalq münasibətlər ixtisası üzrə (30×30=900 akademik saat).
- tələbələrin ixtisas təcrübələrinin təşkili, təcrübənin təşkili və gedişinin təkmiləşdirilməsi və təcrübəyə nəzarət etmək;
- təcrübənin təşkili və gedişinə metodiki, əməli rəhbərliyi həyata keçirmək, təcrübənin yekun sənədlərinin hazırlanmasını təşkil etmək;
- təcrübənin təşkili sahəsində təcrübə rəhbərləri, ixtisas kafedraları tərəfindən müəyyən edilmiş müəssisələrlə müqavilələrin bağlanmasını təşkil etmək,
- təcrübə proqramlarını təcrübə obyektləri ilə razılaşdırmaq;
- təcrübə keçirilən müəssisə tərəfindən təyin olunmuş təcrübə rəhbərlərini təcrübə proqramı və müvafiq təcrübə sənədləri ilə təmin etmək.
Təcrübənin təşkili şöbəsi aşağıdakı tədbirləri təşkil etmişdir:
1.“Norm” ASC-yə 22.12.2023-cü il tarixində 25 nəfər UNEC tələbəsinin sahə gəzintisini;
2.UNEC İmtahan Mərkəzi ilə birlikdə “Norm Yay Təcrübə proqramı” layihəsi çərçivəsində 718 nəfər tələbə üçün 18.05.2023 tarixində, saat 09:00 – dan 13:00-a kimi 4 saatlıq imtahan prossesini;
3.UNEC İmtahan Mərkəzi ilə birlikdə Bank Respublikada istehsalat təcrübəsi keçmək istəyən 132 nəfər UNEC tələbəsi üçün 28.12.2023-cü il tarixində test imtahanı;
4.AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Yay Təcrübə Proqramı” ilə bağlı DVX-nin Tədris Mərkəzinin təlimçisi Tural Abbasovun təqdimatında “Vergi məsuliyyəti nədir?” mövzusunda 09.04.2024-cü il və 17.04.2024-cü il tarixində təlimlər təşkil edilmişdir.
5.UNEC Rəqəmsal texnologiyalar departamentinin Tədbirlərin texniki təminatı bölməsinin dəstəyi ilə Paşa Holdinq şirkətlər qrupunun əməkdaşlarının “Əlaçı” təqaüd proqramının qalibləri ilə görüşləri yüksək səviyyədə təşkil edilmiş, hər görüşdən sonra şirkətdən təşəkkür maili daxil olmuşdur. Məlumat üçün qeyd edək ki, ümumilikdə nəzərdə tutulan görüşlərdən üçü mart ayında (03.03.2024, 17.03.2024 və 31.03.2024), biri aprel ayında (21.04.2024), üçü may ayında (05.05.2024, 19.05.2024, 26.05.2024) keçirilmişdir.
6.Karyera Mərkəzinin əməkdaşları ilə birlikdə 16.02.2024-cü il tarixində “Azərsun” Holdinqdə istehsalat təcrübəsinin başlanması ilə əlaqədar təşkil olunmuş “Xoş gəldin” tədbirində iştirak etmək
7.“Norm” ASC-nin istehsalat təcrübəsinin yekunu ilə əlaqədər 30.05.2024-cü il tarixində təşkil etdiyi tədbirdə iştirak etmək.