Zeynəb  Qiyasova

Zeynəb Qiyasova

Baş müəllim

رابط Avesis

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06
Zeynab_Giyasova@unec.edu.az
zqiyasova@gmail.com

Qiyasova Zeynəb Həbibağa qızı 28 avqust 1987-ci ildə Saatlı rayonunda anadan olmuşdur.
2004-2008-ci illərdə Azərbaycan  Dövlət İqtisad Universitetində “Ümumi İqtisadiyyat” fakültəsi “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr təhsili almışdır.
2012-2014-cü illərdə Azərbaycan  Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə diplomu) almışdır.
2015-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində 5308.01 Ümumi iqtisadiyyat ixtisası üzrə dissertantdır.
Dissertasiya işini tamamlamış, minimum imtahanlarını vermiş və ilkin müzakirəyə təqdim etmişdir.

2014-cü ilin sentyabr ayından Azərbaycan  Dövlət İqtisad Universitetində “İqtisadiyyatın tənzimlənməsi” kafedrasında saathesabı müəllim vəzifəsində çalışmışdır.
2015-ci ilin fevral ayından tam ştatlı müəllim vəzifəsində çalışıb.
20.04.2022-ci il tarixdən UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimi vəzifəsinə keçirilib.
2016-cı ildən etibarən “İqtisadiyyatın tənzimlənməsi” kafedrası üzrə Tələbə Elmi Cəmiyyətinin sədridir.
2017-ci ildən etibarən UNEC Tələbə Elmi Cəmiyyətinin İqtisadiyyat fakültəsi üzrə “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının tərkibində yaradılan “İqtisadçı” Tələbə Elmi Klubunun (dərnəyinin) rəhbəridir.
2018-2019-cu ildən hal-hazıradək İqtisadiyyat fakültəsinin baş mentorudur.
Bu fəaliyyət istiqamətində təcrübənin öyrənilməsi məqsədilə 2019-cu ilin sentyabr ayında Türkiyənin Ankara şəhərində Qazi, Hacı Bayram Vəli,  Hacattəpə universitetlərində ezamiyyətdə olmuşdur.
Universitetin bütün fakültələri üzrə keçirilən “Bir Müəllim – Bir Tələbə” intellektual debat layihəsinin, “Zəif Bənd” intellektual yarışının ideya müəllifi, layihə rəhbəri və təşkilatçısıdır.

Yerli və beynəlxalq elmi jurnallarda biri Scopus bazasında olmaqla 20-dən çox tezis və məqalələri çapdan çıxmışdır.
2019-cu ildə Web of Science (Thomson Reuters) bazasına daxil olan jurnalda məqaləsi çap olunmuşdur.
ELMİ ƏSƏRLƏRİN SİYAHISI

9 may 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində  “Sənaye ili” ilə bağlı keçirilmiş məqalə müsabiqəsində magistrlar arasında II yeri tutaraq diploma  layiq görülmüşdür.
16 may 2014-cü ildə Sumqayıt Dövlət Universitetində təşkil olunmuş Magistrantların  XIV Respublika elmi konfransında məruzə ilə çıxış etmiş və fəxri diplomla təltif olunmuşdur.
7-8  aprel 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən Doktorantların və gənc tədqiqatçıların XIX Respublika elmi konfransında məruzə ilə çıxış etmiş və sertifikata layiq görülmüşdür.
13 noyabr 2015-ci ildə UNEC “Ümumdünya Elm Günü”nə və Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunan “Elm Günləri” çərçivəsində gənc tədqiqatçı, magistrant və tələbələrin elmi məqalə müsabiqəsində “İnnovativ iqtisadi inkişafın formalaşdırılması strategiyası; Neftin ucuzlaşması fonunda ölkəmizdə fiskal siyasətin əsas istiqamətləri” mövzusu ilə gənc tədqiqatçılar arasında I yerə layiq görülmüşdür.
22 noyabr 2016-cı il UNEC “Elm aylığı” müsabiqəsində III yerə layiq görülmüşdür.
Hazırda "İqtisadiyyat" kafedrasının baş müəllimidir.

Ailəlidir, iki övladı var.