Rəşad  Salahov

Rəşad Salahov

İqtisad fəlsəfə doktoru, baş müəllim

رابط Avesis

Bakı, Həsən Əliyev küçəsi, 135
II korpus, 3-cü mərtəbə, otaq 317
+994 012-564-37-06

Salahov Rəşad Məhəmmədəli oğlu 1985-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 
1991-2002-ci illərdə Beyləqan orta məktəbində təhsil almışdır.
2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini, 2006-2008-ci illərdə magistratura pilləsini bitirmişdir.
2011-2014-cü  illərdə Azərbaycan Dövlət Universitetinin əyani doktoranturasını bitirmişdir. İqtisad üzrə fəlsəfə doktorudur.

2007-2014-cü  illərdə  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının saat-hesabı müəllimi işləmişdir.
Daha sonra həmin kafedranın müəllimi olub. İqtisad üzrə fəlsəfə doktorudur.
20.04.2022-ci il tarixdən həmin kafedranın 0,5 ştat baş müəllimi vəzifəsinə keçirilib.
2014-cü ildən 2021-ci ilə kimi UNEC-in Hazırlıq şöbəsinin müdiri olub.
Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının baş müəllimidir (0,5).

10-dan artıq  elmi əsəri Azərbaycanda, Rusiyada, Gürcüstanda nəşr olunmuşdur.

2007-2014-cü  illərdə  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin Hazırlıq  Fakültəsində  Magistraturaya hazırlığın təşkilində yaxından iştirak  etmiş, bu  sahədə TQDK-nın  keçirdiyi  magistraturaya qəbul imtahanının  I mərhələsində məntiq, II mərhələsində MBA proqramı üzrə  GMAT  və  riyaziyyat  fənnlərini tədris etmişdir.
Eyni zamanda test suallarının  hazırlanmasında  və  TQDK-nın  seminarlarında fəal iştirak etmişdir.