Hənifə Cəfərli

Hənifə Cəfərli

رابط Avesis

Cəfərli Hənifə Alhüseyn oğlu 01.08.1967-ci ildə anadan olmuşdur.
Ordu sıralarında xidmət: 1985-1987-ci illər.

1974-1984-cü illər – Kürdəmir rayonu Karrar kənd orta məktəbi.
1994-cü il – Azərbaycan Dövlət İqtisad İnstitutu. Ixtisas: Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili.
2007-ci il – T. Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu. Ixtisas: Beynəlxalq hüquq.

2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin 08.00.12 “Mühasibat uçotu, Statistika” ixtisası üzrə “Bazar iqtisadiyyatı şəraitində hesablaşmaların uçotu və təhlilinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilmişdir.
2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin – 5308.01- “Ümumi iqtisadiyyat” ixtisası üzrə “Milli iqtisadiyyatın davamlı inkişafının makroiqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır.

1984-2004-cü illərdə “Azərenerjitikintiquraşdırma” sistemində fəhlə, mühasib, birinci dərəcəli mühasib, baş mühasibin müavini, baş mühasib, sədrin maliyyə-iqtisad məsələləri üzrə müavini və sədrin birinci müavini vəzifələrində işləmişdir.
 2005-2010-cu illərdə “Azəruniversal” İstehsal Kommersiya Müəssisəsinin direktoru vəzifəsində çalışmışdır.

2005-2016-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi təhlil və audit” kafedrasında müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində işləmişdir.
2016-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasında dosenti işləmişdir. 
Hal-hazırda “Maliyyə və audit” kafedrasının dosenti vəzifəsində çalışır.

2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı.
Partiyalığı: Yeni Azərbaycan Partiyası.
Proqram Bilikləri:  Ms Word; Ms Excel; Ms PowerPoınt.
Dil bilikləri:  Azərbaycan, Türk, Rus və İngilis.
Ailəlidir, beş övladı var.