Elnur Sadıqov

Elnur Sadıqov

رابط Avesis

+(994) 12 492-59-13
+(994) 12 492-40-04; 18-46 (1100)
e.sadigov@unec.edu.az

Sadıqov Elnur Məhəmməd oğlu 1963-cü ildə  Beyləqan rayonunda anadan olub.
1980-ci ildə D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə-kredit ixtisasına daxil olub və 1987-ci ildə bitirib.

1981-1983-cü illərdə Sovet Ordusu sıralarında (Aviasiya, Novqorod) həqiqi hərbi xidmət keçib.
1987-1988-ci illərdə SSRİ Dövlət Əmanət Bankı, Azərbaycan Respublikası Bankında “Nağdsız hesablaşmalar və əhaliyə kassa hesablaşma xidməti” şöbəsində müfəttiş vəzifəsində çalışıb.
1988-1991-ci illərdə N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun “Pul tədavülü və kredit” kafedrasının əyani aspiranturasında təhsil alıb.
1991-ci ildə 08.00.10 – Maliyyə, pul tədavülü və kredit ixtisası üzrə müdafiə edərək SSRI-nin iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Bank işi kafedrasında laborant, müəllim, baş müəllim, dosent, professor  vəzifələrində çalışıb.
2001-2005-ci illərdə Sankt Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin “Pul və qiymətli kağızlar”  kafedrasının doktoranturasında təhsil alıb.
2005-ci ildə Sankt Peterburq Dövlət Maliyyə İqtisad Universitetində  08.00.10 – Maliyyə, pul tədavülü və kredit ixtisası üzrə müdafiə edərək Rusiya Federasiyasının iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülüb.

2009-cu ildən Azərbaycan Respublikasının iqtisad elmləri doktorudur.
2009-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində fəaliyyət göstərən D.02.051 saylı iqtisad üzrə fəlsəfə doktoru və iqtisad elmləri doktoru alimlik dərəcəsi verən dissertasiya şurasının üzvüdür.
2015-ci ildən Rusya hökuməti yanında Maliyyə Universitetinin Sankt-Peterburq filialının İqtisadiyyat və maliyyə kafedrasınını professorudur.

Rusiya Fedrasiyası Elm və Təhsil Nazirliyinin 12 may 2015-ci il tarixli əmri ilə “Maliyyə, Pul tədavülü və kredit” ixtisası üzrə Rusiya Federasiyasının professoru elmi adı verilib.
2016-cı ildən Belarus Respublikasının Polosk Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasınn professorudur.
2017-ci ildən Belarus Respublikasının Polosk Dövlət Universitetinin “ВЕСТНИК”  jurnalının redaksiya heyətinin üzvüdür.
2000-ci ildən 08.09.2020-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Şurasının elmi katibi vəzifəsində çalışmışdır.
Hazırda  UNEC-in “Maliyyə və audit” kafedrasının professoru  və “İqtisadiyyat” kafedrasının professorudur (0,5).
100-dən çox elmi-metodiki dərslik və dərs vəsaitinin müəllifidir.
Ailələdir, iki  оğlu  var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsilin inkişafındakı xidmətlərinə görə TƏRƏQQİ  medalına layiq görülüb.
2013-cü ilin oktyabrında Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə “Azərbaycan Respublikası “QABAQÇIL TƏHSİL İŞÇİSİ” döş nişanı ilə təltif edilib.