Aslan  Şirinov

Aslan Şirinov

Aslan Sərdar oğlu Şirinov 14 sentyabr 1974-cü ildə Şamaxı rayon Meysəri kəndində anadan olub.
Orta məktəbi əla qiymətlərlə oxuyan A.Şirinov qalib kimi beynəlxalq pioner düşərgəsinə göndərilib, müəllifi olduğu şeir və məqalələr ölkənin müxtəlif qəzetlərində dərc olunub.
1991-ci ildə Meysəri kənd orta məktəbini əla qiymətlərlə bitirib.

Aslan Şirinov 1992-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Kommersiya fakültəsinə daxil olub. I kursda təhsilini yarımçıq qoyaraq, könüllü cəbhəyə yollanıb. Ağdərə rayonunun ərazisindəki qanlı döyüşlərdə yaralanan Aslan sağalar-sağalmaz yenidən ön cəbhəyə qayıdıb. A.Şirinov Goranboy, Tərtər və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə özünü mətin və iradəli bir əsgər kimi göstərib.

Aslan Şirinov 1993-cü il fevralın 16-da Ağdərə bölgəsində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Təhsil aldığı Şamaxı rayon Meysəri kənd orta ümumtəhsil məktəbi Aslan Şirinovun adını daşıyır.