UNEC Multıkulturalızm Elmi-Tədqiqat Mərkəzi UNEC-in Elmi Şurasının 28 aprel 2017-ci il tarixli iclasının 151 №-li Qərarı və UNEC rektorunun 18 may 2017-ci il tarixli 292/3/2017 №-li əmrinə əsasən yaranmışdır.
Humanitar və sosial elmlər, habelə Azərbaycan multikulturalizmi
və mövcud multikultural modellərin nəzəri-praktik tədqiqi və istiqamətləri üzrə elmi tədqiqatlar aparmaq, tədqiqatların nəticələrinin elmi mühit, cəmiyyətlə bölüşmək, elmi tədqiqat işləri və layihələri həyata keçirmək, ölkə daxilində və xaricdə yerləşən tədqiqat mərkəzləri, institutlar, universitetlər və aidiyyatlı qurum təmsilçiləri ilə əməkdaşlıq etmək; Azərbaycan ərazisində tarixi keçmişdən bu günədək yaşamaqda olan multikulturalizm ənənələrinin xarici ölkələrdə tanıdılması və təbliği ücün xarici ölkələrin multikulturalizm mərkəzləri ilə elmi əlaqələr qurulması, mübadilə proqramı və birgə fəaliyyət layihələrinin hazırlanması, Respublika və beynəlxalq qrant layihələrinin hazırlanması.