Dərbənd filialı

Filial Dərbənd şəhərində ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə yaradılıb

2016-cı il noyabrın 28-də  Azərbaycan Dövlət İqtisad Universitetinin Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərindəki filialının rəsmi açılışı olub. Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə İqtisad Universitetinin Dərbənd filialının yeni təhsil kompleksi tikilərək istifadəyə verilib. Filialın ümumi sahəsi 11 min kvadrat metrdir. Filialda bir növbədə 1000 tələbənin təhsil alması üçün 32 auditoriya var. Dərbənd filialı bütün zəruri infrastruktura malikdir. Bütün mühazirə auditoriyaları proyektor və kompüter avadanlıqları ilə təchiz olunub. Hər bir fənn üzrə ixtisaslaşmış auditoriyalar yaradılıb. Kitabxana və oxu zalı, kompüter və linqafon otaqları, idman və aerobika zalları, tibb məntəqəsi, müasir tələblərə cavab verən 100 yerlik yeməkxana istifadəyə verilib. Akt zalı 284 nəfərlik tədbirin keçirilməsinə imkan verir. Mərkəzi istilik sistemi, avtonom altstansiya, 80 kub metrlik su anbarı yaradılıb, 100 meqabaytlıq internet xətti çəkilib. Dərbənd filialında tam sutka ərzində fəaliyyət göstərən videomüşahidə kameraları quraşdırılıb. Muasir tələblərə cavab verən kampus 1500 tələbə üçün nəzərdə tutulub. Kampusa 200 nəfərlik tələbə yataqxanası, kitabxana, yeməkxana, idman zalı və hovuz, həmçinin 200 nəfərlik lisey də daxildir. 

İxtisaslar

  • Maliyyə-kredit

  • Mühasibat uçotu, təhlil və audit

  • Ümumi iqtisadiyyat

Təhsil formaları

  • Əyani təhsil

  • Əyani-qiyabi

  • Qiyabi təhsil

Tədris dilləri

  • Rus

  • Azərbaycan

32 auditoriya
kitabxana
200 nəfərlik yataqxana
100 yerlik yeməkxana
284 nəfərlik akt zalı
1500 nəfərlik kampus

Filiala qəbul Rusiya Federasiyasında tələbələrin                                  qəbul qaydalarına əsasən aparılır.

Hazırda filiala i.e.n. Kurban Kurbanov rəhbərlik edir.

Filial xəbərləri

31 يناير 2019
UNEC-in Dərbənd filialında Elmi Şuranın iclası keçirilib
04 يونيو 2019
Rusiyanın Ali İqtisad Məktəbinin nümayəndə heyəti UNEC-də olub
28 ديسمبر 2022
UNEC-in Dərbənd filialında Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

اتصل بنا

Ünvan: Rusiya, Dərbənd şəhəri, H.Əliyev küçəsi, 10B

الهاتف

8(87240) 4-52-84

البريد الإلكتروني

ageu-derbent.ru

فروع أخرى