Sərdar  Şabanov  Əhmədiyyə

Sərdar Şabanov Əhmədiyyə

Böyük elmi işçi

Ссылка Avesis
Sardar.Shabanov@unec.edu.az
+994 12 492 59 98
Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)

1957-ci il dekabrın 22-də Azərbaycan Respublikasının Şəki şəhərində anadan olub.
1964-1972-ci illərdə Bakı ş. 32 nömrəli orta məktəbdə, 1972-1974-cü illərdə Respublika 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbdə oxuyub.

1981-ci ildə Azərbaycan Dövlət Unversitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini bitirib.

1982-1984-ci illərdə Ukrayna SSR akad. V.M.Qluşkov adına Kibernetika İnstitutunda təcrübə keçib. 1985-1988-ci illərdə orada aspiranturada oxuyub.

1996-cu ildə „Biliklərə əsaslanan öyrədici və yoxlayıcı sistemlər” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri elmi dərəcəsini alıb.
2017-2023-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində İqtisadi Araşdırmalar ETİ-nin 0532.01 “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə iqtisad elmlər doktoru proqramı üzrə qiyabi doktoranturasını bitirib.

Dissertasiya mövzusu “Elm və təhsilin ölkənin sosial-iqtisadi və mədəni inkişafına təsirinin modelləşdirilməsi” olub. Dissertasiya işini bitirib və ilkin müzakirəyə çıxarmaq ərəfəsindədir.

1978-1979-cu illərdə Azneftin hesablama mərkəzində EHM operatoru vəzifəsində çalışıb. 1979-1982-ci iilərdə Azərbaycan Elmlər Akademiyası Kibernetika institutunda baş laborant, proqramçı-mühəndis vəzifəsində çalışıb. 1982-1988-ci illərdə Ukrayna Kibernetika İnstitutunda staj keçib və məqsədli aspiranturada oxuyub. 1988-1995-ci illərdə Azərbaycan EA Kibernetika institutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 1995-ci ildən 2024-cü ilin payızınadək Azərbaycan Dövlət İqtisad universiteti “İqtisadi kibernetika və iqtisadi-riyazi üsullar” kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 2013 ildən indiyədək UNEC nəzdində İqtisadi Araşdırmalar ETİ-də böyük elmi işçi vəzifəsində çalışır.