Nazim  Məmmədov Eldar

Nazim Məmmədov Eldar

İAETİ-də elmi işçi

Ссылка Avesis

Ünvan: Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
+(994) 12 492-78-70; 12 492-59-98; 12 492-32-86.
nazim_mammadov@unec.edu.az

Nazim Məmmədov 1978-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə isə eyni ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisası üzrə dissertanturasına daxil olmuşdur. Dissertasiya mövzusu “Вопросы повышения эффективности операций на фондовом рынке”.

2002-ci ilin aprel ayından AR İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mərkəzində “Bazar infrastrukturalarının inkişafı problemləri” şöbəsində iqtisadçı vəzifəsinə təyin edilərək, əmək fəaliyyətinə başlamışdır. İqtisadi İslahatlar Mərkəzində “Maliyyə sektoru və bazar infrastrukturu”, “Elmi tədqiqatlar”, “Analitik təhlil” şöbələrində aparıcı mütəxəssis vəzifəsində fəaliyyət göstərib.  2006-ci ilin may ayından BFB QSC-də “Analitik informasiya” şöbənin rəisi vəzifəsinə təyin edilmişdir. 2015-ci ilin iyul ayında Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun “Makroiqtisadi siyasət” şöbəsinin elmi işçisi vəzifəsinə təyin edilmişdir. 2019-cu ildə keçirilmiş seçkilərdə “Makroiqtisadi siyasət” şöbəsinin elmi işçi vəzifəsinə seçilmişdir. Həmin ildə institutun yeni strukturuna əsasən yeni yaradılmış “Bilik iqtisadiyyatı” şöbəsində elmi işçi vəzifəsinə təyin olunmuşdur. 2025-ci ildə keçirilmiş növbəti seçkilərdə “Bilik iqtisadiyyatı” şöbəsinin elmi işçi vəzifəsinə seçilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.

Nazim Məmmədov yerli və beynəlxalq səviyyəli elmi-praktik konfranslarda və seminarlarda fəal iştirak etmişdir. Ümumilikdə, 22 elmi məqalə və tezisin, 1 monoqrafiyanın və 12 elmi publistik məqalənin müəllifidir. 

Tədqiqat sahələri:  Makroiqtisadi və sosial-iqtisadi siyasət, maliyyə bazarı və monetar siyasət.