Arzu  Səfərova  Məhəbbət

Arzu Səfərova Məhəbbət

Ссылка Avesis

arzu_safarova@unec.edu.az
+(994) 12 492-78-70
Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)

- 2009–2013-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsində “Kompüter elmləri” ixtisası üzrə bakalavr təhsili almış, ixtisaslaşma istiqaməti “İqtisadi kibernetika” olmuşdur.

- 2013–2015-ci illərdə eyni fakültədə “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur.

- 2017–2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Ekonometrika; iqtisadi statistika” ixtisası üzrə dissertantura təhsili almışdır.

- 2016-cı ildən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində fəaliyyət göstərən İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışır. Hazırda institutun “Qeyri-neft sektorunun inkişafı” şöbəsində elmi işçi kimi fəaliyyət göstərir.

- 2019-cu ildən “Azərbaycan Dövlət İqtisad Universitetinin elmi xəbərləri” jurnalında texniki redaktor vəzifəsini icra edir.

Müxtəlif elmi nəşrlərdə çap olunmuş 19 elmi məqalənin müəllifidir. Bu məqalələrdən biri beynəlxalq elmi bazalardan biri olan Scopus bazasında indeksləşmişdir. 

Tədqiqat sahələri: sosial-iqtisadi proseslərin modelləşdirilməsi və ekonometrik qiymətləndirilməsi.