Maliyyə və mühasibat fakültəsi

Maliyyə və mühasibat fakültəsi ölkənin maliyyə sisteminin tələblərinə uyğun olaraq mütəxəssis hazırlayan, maliyyə və mühasibat uçotu sahəsində nəzəri və praktiki biliklərin verilməsini təmin edən əsas fakültələrdən biridir.
*

Maliyyə və mühasibat fakültəsi 2015-ci ilin sentyabr ayında iki fakültənin – Maliyyə və Uçot-iqtisad fakültələrinin birləşməsi nəticəsində yaranmışdır.
*

Fakültə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Hesablama Palatası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət  Vergi Xidməti, “Kapital Bank” ASC və digər qurumlarla sıx əlaqədə fəaliyyət göstərir. Maliyyə və mühasibat fakültəsində xarici əlaqələrə xüsusi diqqət yetirilir, Türkiyə, Ukrayna, Rusiya Federasiyası və digər ölkələrlə geniş elmi və təhsil əlaqələri saxlanılır.
*

 

2025/2026-cı tədris ilində fakültəyə 524 tələbə qəbul olunub, 8 tələbə 600 və daha yuxarı bal toplayıb. 2025/2026-cı tədris ili üzrə keçirilən qəbul imtahanlarında 617,0 bal toplayaraq Maliyyə və mühasibat fakültəsində ən yüksək nəticə göstərmiş tələbə Ayxan Kərimli olub. Fakültəyə qəbul olan tələbələrdən 11 nəfəri əcnəbi vətəndaşıdır. Hazırda fakültədə ümumilikdə 2043 tələbə təhsil alır.

*
Fakültə nəzdində olan kafedra:
"Maliyyə və audit"

0

Fakültə üzrə maksimum bal

0

Fakültə üzrə tələbə sayı

0

2025/2026-da fakültəyə qəbul olunan tələbə sayı

0

Fakültə üzrə 600 və daha yuxarı bal toplayan tələbə sayı

0

Fakültədə təhsil alan əcnəbi tələbə sayı

İxtisaslar

Bütün ixtisaslar
  • Mühasibat

    • 2-ci qrup
    • Əyani
    • 4 İl
    • 2500 Manat
  • Maliyyə

    • 2-ci qrup
    • Əyani
    • 4 İl
    • 2600 Manat

Fakültə xəbərləri

Maliyyə və mühasibat fakültəsində “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzusunda seminar keçirilib
15 May 2025
Maliyyə və mühasibat fakültəsində “Hüquqlarımızı tanıyaq və qoruyaq” mövzusunda seminar keçirilib
Maliyyə və mühasibat fakültəsində “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim kursunun açılış tədbiri keçirilib
15 May 2025
Maliyyə və mühasibat fakültəsində “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda təlim kursunun açılış tədbiri keçirilib
Maliyyə və mühasibat fakültəsində “Təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib
15 May 2025
Maliyyə və mühasibat fakültəsində “Təhlükəsiz reproduktiv sağlamlıq davranışları və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbir keçirilib

Əlaqə

AZ 1001, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, Əsas tədris binası

Telefon

+(994) 12 492-60-68

E-poçt

maliyya@unec.edu.az

Digər fakültələr