Maliyyə və mühasibat fakültəsi ölkənin maliyyə sisteminin tələblərinə uyğun olaraq mütəxəssis hazırlayan, maliyyə və mühasibat uçotu sahəsində nəzəri və praktiki biliklərin verilməsini təmin edən əsas fakültələrdən biridir. Fakültə 1930-cu ildən Azərbaycan Ticarət-Kooperativ İnstitutunun strukturunda fəaliyyətə başlayıb, müxtəlif illərdə Maliyyə-kredit, Maliyyə-iqtisad, Maliyyə-statistika adlandırılıb.
2015-ci ilin sentyabr ayında iki fakültənin – Maliyyə və Uçot-iqtisad fakültələrinin birləşməsi nəticəsində Maliyyə və mühasibat fakültəsi yaradılıb. Fakültə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Hesablama Palatası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, “Kapital Bank” ASC və digər qurumlarla sıx əlaqədə fəaliyyət göstərir. Maliyyə və mühasibat fakültəsində xarici əlaqələrə xüsusi diqqət yetirilir, Türkiyə, Ukrayna, Rusiya Federasiyası və digər ölkələrlə geniş elmi və təhsil əlaqələri saxlanılır.
2025-ci ildə fakültəyə 524 tələbə qəbul olunub, 8 tələbə 600 və daha yuxarı bal toplayıb. Fakültəyə qəbul olan tələbələrdən 11 nəfəri əcnəbi vətəndaşıdır. Hazırda fakültədə ümumilikdə 2043 tələbə təhsil alır.
*
Fakültənin tarixi