Salman Nəcəfov Əli

Salman Nəcəfov Əli

İAETİ-də elmi işçi

رابط Avesis
salman.najafov@unec.edu.az
+(994) 12 492-59-98
Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)

Nəcəfov Salman Əli oğlu 1976-cı il iyul ayının 28-də Bakı şəhərində anadan olub.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)  “İqtisadi və sosial planlaşdırma” fakultəsini bitirib.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)  “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistr pilləsini alıb.

2019-cü ildə “Makroiqtisadi tənzimləmədə faiz siyasəti” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2020-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetində elmlər doktoru proqramı üzrə «qiyabi dissertanturada» doktorandır.

1999-2009-cu illərdə İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində işləyib.

 2009-2014-cü illərdə Azərbaycan Universiteti, Qərb Universiteti, Bakı Dövlət Universiteti və Turizm Universitetində müəllim vəzifəsində çalışıb.

2015-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda böyük elmi işçi vəzifəsində çalışır.

30-dan çox elmi məqalə və tezisin, 2 məqalə toplusunun müəllifidir.

Tədqiqat sahələri: makroiqtisadi siyasət, pul siyasəti, innovasiya səyəsəti